Cəlal Şəngör: "Artıq çox gecdir"
Türkiyənin dünyaca məşhur geoloqu professor Cəlal Şəngör İstanbulda baş verən 6,2 bal gücündəki zəlzələ barədə danışıb.
Yenicag.az xəbər verir ki, jurnalist Fateh Altaylının qonağı olan Şəngör insanları panikaya qapılmamağa çağırıb.
Şəngör bildirib ki, bu gün baş verən yeraltı təkanlar gözlənilən böyük İstanbul zəlzələsinin təxmin edilən şiddətini azaldıb.
Belə ki, böyük İstanbul zəlzələsi baş verəcəyi təqdirdə, onun 7,2 bal gücündə olacağını qeyd edib.
Professor İstanbulda böyük zəlzələnin mümkün fəsadlarını qabaqlayıcı tədbirlərin görülməsi üçün artıq çox gec olduğunu da vurğulayıb.