Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində meşə təsərrüfatına məxsus ərazidə 1.5 hektar sahədə kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 150 hektar sahədə quru ot, kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600