Cəlilabadda ilanlar kabusa çevrilib

media-hightechnic-468x90

83340Cəlilabad rayonunda qeyri-adi hadisə baş verib.

Yenicag.az xəbər verir ki, qış ayı olamasına baxmayaraq, rayonunun mərkəzi parklarından biri bir neçə gündür ki, ilanlar məkanına çevrilib.

İstirahət parkında peyda olan ilanlar insanlara hücüm edir. Parkdakı kolluqlardan çıxan iri ilanlar buradan keçənlərə hucum etsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

“Adətən yaz və yay aylarında torpağın üst qatına çıxan ilanların qışda görünməsi hamını təəccübləndirir”, – deyə rayon sakini Səxavət Məhərrəmov bildirib.

Qeyd edək ki, bir metrdən çox uzunluğu olan bu sürünənlər sonradan havanın təsirindən qısa zaman ərzində bükülərək hərəkətsiz hala düşüblər.

Mütəxəsislərin fikrincə, ilanların qış aylarında aktivləşməsi mövsümə aid olmayan anomal isti havalar zamanı müşahidə olunur. Bu zaman təbiətin ötəri istilərinə aldanan sürünələr əksər hallarda torpağın üzünə çıxdıqdan sonra tələf olurlar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600