Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəlilabadda “patı” satan şəxslər saxlanıldı

Cəlilabadda heroin və “patı”nın dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Əsgərov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Cəlilabad RPŞ-nin əməkdaşlarının Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini M.Əhmədov saxlanılıb. Onun üzərində psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

www.yenicag.az

160
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100