!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadın bir neçə kəndində pambıq sahələri susuz qaldı

!Reklam – Yazi

Cəlilabad rayonun bir neçə kəndində pambıq sahələri susuz qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Cəlilabad rayonunun muğan hissəsində yerləşən kəndlərin bir neçə fermeri müraciət edib.

Onların bildirdiyinə görə, pambığın sahələrinin hal-hazırda suya ehtiyacı yaranıb:

“Biz sahəni suvarmağa su tapmırıq. Su olmasa, bu il məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər. Məcbur qalıb sahələri şor su ilə suvarmışıq. Bu da torpağın keyfiyyətinin məhv olmasına gətirib çıxaracaq.

Məsələ ilə bağlı Cəlilabad Suvarma Sistemləri İdarəsindən bildirilib ki, rayona gələn su kanalına buraxılan suyun miqdarı azaldığı üçün bu problem yaranıb.

Qeyd edək ki, ötən il Cəlilabadda 500 hektar sahədə pambıq əkilsədə, bu il sahə 100 hektara qədər azalıb./Report/

www.yenicag.az

192
Ads
www.veteninfo.com
!Reklam – Arxiv