Cəlilə Eren Ökten: "Türkoloji Qurultay türkdilli xalqların modernləşmə pasportudur"

media-hightechnic-468x90

Türkiyənin təhsil naziri müavini: “100 il əvvəlki əlifba və terminologiya müzakirələri bu gün də strateji aktuallığını qoruyur”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil nazirinin müavini Cəlilə Eren Ökten Bakıda keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib.

Cəlilə Eren Ökten 100 il əvvəl Bakıda müxtəlif coğrafiyalardan gələn alimlərin türk dünyasının gələcəyini elmi əsaslarla cızdıqlarını vurğulayıb:

“Birinci Türkoloji Qurultay türkoloji tədqiqatların institusional əsaslarını müəyyənləşdirən tarixi bir mərhələdir. Əlifba məsələsi, yazı və terminologiya problemləri, türk toplumlarının bütövlüyü üzərində aparılan müzakirələr dilin modernləşmə prosesindəki yerini aydın şəkildə ortaya qoymuşdur. Bu gün də biz tarixi irsdən mədəni diplomatiyaya, ortaq əlifbadan dialektlərarası anlaşıqlılığa qədər geniş bir spektrdə həmin ideyaların ardınca gedirik”.

Nazir müavini qeyd edib ki, Türkiyənin Təhsil Nazirliyi türkoloji sahədə akademik inkişafı və yüksək ixtisaslı kadrların hazırlanmasını prioritet vəzifə hesab edir:

“Dil üzərində aparılan hər bir elmi araşdırma mədəni davamlılığın təmin olunmasına xidmət edir. 1926-cı il Qurultayı türk dillərinin fonetik və struktur xüsusiyyətlərini universal elmi meyarlarla dəyərləndirərək fənlərarası yanaşmaya yol açmışdır. Bu 100 illik yubiley türk dünyasında həm əməkdaşlıq siyasətinin güclənməsinə, həm də təhsil proseslərinə müsbət təsir göstərir”.

Toplantının müqəddəs Ramazan ayına və Cümə gününə təsadüf etməsinin xüsusi mənası olduğunu deyən C.E.Ökten, bu mənəvi atmosferin türk düşüncə məkanında xeyir və bərəkət gətirəcəyini arzulayıb:

“Ramazanın mənəvi zənginliyinin və həmrəylik ruhunun fəaliyyətimizə bərəkət gətirməsini diləyirəm. 1926-cı il Qurultayına töhfə vermiş bütün alimləri ehtiramla yad edirəm. Onların irsi bu gün də bizə ilham verir”.

Sonda nazir müavini tədbirin təşkilində əməyi keçən bütün qurumlara və türk dünyasının elmi inkişafına ömrünü həsr edən alimlərə dərin təşəkkürünü bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05