!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəmil Həsənli digər partiyalara qarşı siyasətçiyə yaraşmayan ifadələr işlədir” - Partiya sədri

!Reklam – Yazi

“Son videokonfranslar Milli Şura və AXCP başbilənlərinin, “strateq”lərinin iç üzünü açıb cəmiyyətə göstərdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Şuranın videokonfranslarında bir sıra müxalifət partiyalarının, siyasətçilərin təhqir olunması və onların ünvanına qeyri-etik ifadələrin işlənməsinə münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Əlisahib Hüseynovun sözlərinə görə, Milli Şuranın videokonfranslarında səslənən fikirlər bu qurumun gerçək məqsədlərini ortaya qoyur:

“Təəssüflər olsun ki, Milli Şuranın “öndər” şəxslərinin son onlayn müzakirələrinin videogörüntülərinin yayılmasından sonra sözügedən partiyalardan Cəmil Həsənliyə və onun tərəfdarlarına hələ ki elə bir tutarlı cavaba rast gəlməmişəm.

Adamlar nədənsə, müəmmalı şəkildə susmağa üstünlük verirlər. Bəlkə də Cəmil Həsənlinin “gül” ağzının açılmasını istəmirlər. Ancaq bizim Cəmil Həsənlidən çəkinəcək bir yerimiz yoxdur.

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran bu “birlik” hələ 2013-cü il prezident seçkiləri zamanı “ölü qurum”a çevrilmişdi. Sözügedən son videokonfransları Milli Şura və AXCP başbilənlərinin, “strateq”lərinin iç üzünü açıb cəmiyyətə göstərdi, hər kəs onların kim olduğunu gördü.

Professor mantiyası altına sığınmış və özünü indiyə qədər cəmiyyətə ziyalı kimi sırıya bilmiş Cəmil Həsənlinin mədəni-əxlaqi səviyyəsinin nə gündə olduğu ortaya çıxdı və hər kəsə bəlli oldu. Məlum oldu ki, bu qosqoca professor həqiqətdə tərbiyəsizin biri imiş.

Özünü millətin adından danışmağa vəkil etmiş və Milli Şuranın birinci adamı görəvini mənimsəmiş bu adam onunla eyni mövqeləri bölüşməyən və radikal qanada qoşulmaq istəməyən müxalifət partiyalarının ünvanına siyasətçiyə yaraşmayan ifadələr işlədir.

Hakimiyyətlə dialoqa müsbət yanaşan müxalifət partiyaların haqqında “tryapka” ifadəsindən istifadə edir. Lakin mən bu adamı qınamıram. Çünki Cəmil Həsənlinin təfəkkürü zatən “tryapka” təfəkkürüdür.

Hər kəs öz səviyyəsinə uyğun danışır. Cəmil Həsənli də “tryapka” səviyyəsində danışır. Adamın qabında olanı budur. Ciddi siyasətçilərin heç biri öz leksikonuna bu cür küçə sözlərini daxil etməz, vulqar ifadələr işlətməzdi.

Bu cür rüsvayçı hallar onların iflasını gündən-günə daha da sürətləndirir. Gültəkin Hacıbəyli və digərləri də Cəmil Həsənliyə bu məsələdə çox yardımçı olurlar. İnəklər və buğa söhbəti Gültəkin Hacıbəylinin mənəvi səviyyəsini hər kəsə göstərdi”.

Gülşən Şərif

COP29

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv