UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Yenicag.az-ın məlumatına görə, tədbir UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.
Püşkatma nəticəsində bu raundun cütləri bəlli olub:
Çempionlar Liqası
1/4 final
“Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)
“Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya)
“Milan” (İtaliya) – “Napoli” (İtaliya)
Yarımfinal
“Real Madrid” – “Çelsi” / “Mançester Siti” – “Bavariya”
“İnter” – “Benfika” / “Milan” – “Napoli”
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
www.yenicag.az