Çempionlar Liqasında ən az azarkeş “Linkoln” – “Qarabağ” matçında oldu

media-hightechnic-468x90

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqdə keçirilən “Linkoln” – “Qarabağ” oyununu izləyən azarkeş sayı məlum olub.

Yenicag.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Viktoriya” stadionunda keçirilən görüşü tribunalardan 683 azarkeş izləyib. Bu, 1-ci təsnifat mərhələsinin ən aşağı göstəricisidir.

Ən çox azarkeş isə “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. Oyunu 27 328 azarkeş tribunadan izləyib.

Xatırladaq ki, “Qarabağ” səfərdə “Linkoln”u 2:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600