!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cəngəllikdə təcavüz - “Müəmmalı bir qətlin üç versiyası” - VİDEO/FOTOLAR

!Reklam – Yazi

Cəngəllikdə ölüm, daha doğrusu, təcavüz hadisəsi baş verib. Kim kimi öldürüb? Bu suala 3 müxtəlif cavab – yanaşma var. Həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Amma birmənalı həqiqət yoxdur…

Bütün bu hadisələr “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşada cərəyan edir.

Yenicag.az xəbər verir ki, YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanan “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçirilib. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin yozumunda səhnə həllini tapan tamaşada əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehtiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış ediblər.

Saytımıza açıqlamasında rejissor tamaşanın yozumunu belə izah edib:

“Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burada əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var – müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir”.

Qeyd edək ki, əsər dedektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyllidir.

Premyeradan foto və videonu təqdim edirik:

Cəvahir

COP29

www.yenicag.az

2676
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv