"Cənubi Koreyanı məhv etməyə hazırıq" - Kim Çen In

media-hightechnic-468x90

“Pxenyanla qarşıdurma siyasəti Seul üçün intihardır, hərbi təxribat olarsa, KXDR Koreya Respublikasını məhv etmək üçün bütün arsenalından istifadə etməkdən çəkinməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu KXDR Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kim Çen In müdafiə sənayesi müəssisələrinə səfəri zamanı deyib.

Kim Çen In yenə çıxışında Cənubi Koreyanı hədələyib.

“Əgər C.Koreya Respublikası dövlətimizə qarşı silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə və ya suverenliyimizi və təhlükəsizliyimizi təhdid edərsə, biz Koreya Respublikasını tamamilə məhv etmək üçün mövcud vasitə və qüvvələrin bütün arsenalından istifadə etməkdən çəkinməyəcəyik”, – deyə o bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa