Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir

media-hightechnic-468x90

Çernobıl qəzasında zərər çəkənlərin mənzil təminatı təkmilləşdirilir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunmaq hüququ verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600