Çernobılda yeni fəlakət-Foto,Video

media-hightechnic-468x90

1616422dfghUkraynanın Çernobıl rayonunun meşə massivində güclü yanğın olub.

Bu haqda məlumatı “korrespondent” saytı yayıb.
Yanğın bu gün səhər tezdən yerli vaxtla 6.00-da başlayıb.

Məlumata görə, yanğının söndürülməsinə 51 texnika, 3 yanğınsöndürən təyyarə, 2 helikopter və 300 nəfər cəlb edilib.

Bu faktı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti təsdiq edib.

Xidmətin rəhbəri vəzifəsini icra edən Zoryan Şkiryak özünün Facebook səhifəsində yazıb ki, yanğın demək olar ki, söndürülüb.

Vertolyotla hadisə yerinə gələn Ukraynanın baş naziri Arseni Yatsenyuk yanğınla bağlı deyib ki, regionda radioaktiv dəyişiklik yoxdur: “Bu baxımdan heç kəs narahat olmasın, hər şey öz qaydasındadır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa