Çernobıldakı itlər mavi rəngə büründü: Alimlər heyvanların başına gələnləri izah etdilər - FOTO

media-hightechnic-468x90

Oktyabr ayında Çernobılın qadağan zonasında könüllülər sahibsiz itlərin tüklərinin mavi rəngə boyandığını müşahidə ediblər.

Yenicag.az “Pravda”ya istinadən xəbər verir ki, mütəxəssislər bunun səbəbləri barədə danışbılar.

Onlar bildiriblər ki, bu görünüş radiasiyanın təsiri ilə əlaqəli deyil. “Çernobıl İtləri” proqramının tibbi direktoru Cennifer Betsin sözlərinə görə, itlərin rəngini naməlum maddələr dəyişmiş ola bilər.

Amerika xeyriyyə təşkilatı olan “Clean Futures Fund” üzvü izah edib ki, bu qeyri-adi itlər növbəti tutma və sterilizasiya kampaniyası zamanı müşahidə olunub.

Oktyabrın 6-da könüllülər qadağan zonasında demək olar ki, tamamilə mavi maddə ilə örtülmüş üç it görüblər.

“Biz onları bir neçə dəfə tutmağa çalışdıq, lakin məhz bu itlər insanlardan son dərəcə qorxurlar. Onları tutmaq üçün xüsusi dərman vasitələri ilə yuxu verən oxlardan istifadə etmək lazımdır”, – deyə Cennifer Bets izah edib.

Bets qeyd edib ki, sterilizasiyadan sonra itlərə yaşıl, qırmızı, mavi və ya bənövşəyi rəngli müvəqqəti markerlər vurulur. Bu, artıq prosedurdan keçmiş heyvanları ayırd etmək üçün edilir.

“Bu markerlər iki-üç gün ərzində yuyulub gedir. Rəng yalnız başın üst hissəsinə vurulur və biz gördüyümüz itlərdəki mavi maddədən tamamilə fərqlənir, onlar başdan ayağa qədər mavi rəngə boyanmışdılar”, – deyə o əminliklə bildirib.

Xeyriyyəçilər ehtimal edirlər ki, heyvanların rənginə onların görüldüyü yerin yaxınlığındakı köhnə daşınan tualetdən qalan maddə təsir etmiş ola bilər. Lakin bu ehtimalı tam şəkildə təsdiqləmək mümkün olmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa