Çexiya neftə olan tələbatının 26%-ni Azərbaycan təmin edir

media-hightechnic-468x90

jhjhjhAzərbaycan Çexiyanın Kralupı şəhərindəki neft emalı zavoduna hər il 500 mindən 1 mln. tonadək neft ixrac edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən Azərbaycan-Çexiya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının II iclasında belə deyib.

Onun sözlərinə görə, Çexiya neftə olan tələbatının 26%-ni Azərbaycanın hesabına təmin edir. Qeyd edək ki, 2011-ci ildə Azərbaycandan Çexiyaya 890 min tona yaxın, 2012-ci ildə 500 min, 2013-cü ildə isə 600 min ton neft ixrac olunub.

E. Nəsirov əlavə edib ki, Ukraynada cərəyan edən hadisələrin Odessa-Brodı-Qdansk-Plotsk boru kəmərinin tikintisi layihəsi üzrə işlərin dayandırılmasına səbəb olmasından təəssüflənir. Bununla belə o bəyan edib ki, bu hadisə Çexiya şirkətləri ilə əməkdaşlığın digər perspektivlərinə mane olmur.

O, ARDNŞ-in Çexiya ilə avadanlıqların tədarükü sahəsində əməkdaşlıq etdiyini söyləyib. E. Nəsirov qeyd edib ki, Çexiya şirkətləri Türkiyədə tikilən NEZ üçün, Gürcüstanda və Azərbaycandakı iki gübrə istehsalı zavodu, 2017-2018-ci illərdən isə Azərbaycanda iri neft-kimya kompleksi üçün müvafiq aqreqatlar ixrac edə bilər(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600