İki gün əvvəl ayağından əməliyyat olunan Çexiyanın keçmiş prezidenti Miloş Zemanın vəziyyəti ağır olaraq qalır.
Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun reanimasiya şöbəsində olduğu Praqa Motol xəstəxanasının mətbuat katibi Pavlina Dankova məlumat verib.
“Çexiyanın keçmiş prezidenti Miloş Zemanın vəziyyəti ağır, lakin stabil olaraq qalır. Onun vəziyyəti pisləşməyib”, – Dankova deyib.
O qeyd edib ki, bazar ertəsi tibbi şura siyasətçinin sonrakı müalicəsi planlarını müzakirə edəcək.
Xatırladaq ki, sentyabrın 28-də 80 yaşı tamam olan Zeman şəkərli diabetdən əziyyət çəkir və əlil arabasından istifadə edir.
www.yenicag.az