!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov Çavuşoğlunu təbrik etdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğluna telefon zəngi edib.

Yenicag.az xəbər verir ki, Ceyhun Bayramov Türkiyənin Qara Dənizdə zəngin qaz yatağını kəşf etməsi münasibətilə səmimi təbriklərini həmkarının diqqətinə çatdırıb.

Dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyənin bundan sonra mühüm enerji istehsalçısı kimi çıxış edəcəyi və beləliklə də, bölgədə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Türkiyənin tarixindəki ən böyük təbii qaz kəşfinin Türkiyə dövlətinin və Türkiyə xalqının rifahı və tərəqqisinə xidmət edəcəyindən əminlik ifadə edib.

Nazirlər iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv