Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik etdi

media-hightechnic-468x90

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nigeriyalı dəniz quldurlarının girov götürdüyü dənizçilərin azad edilməsi münasibəti ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlunu təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə C.Bayramov özünün “Twitter” səhifəsində yazıb.

“Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm”, – deyə paylaşımda qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600