Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

media-hightechnic-468x90

8 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

XİN-dən Yenıcag.az-a bildirilib ki, telefon danışığı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşü çərçivəsində iki ölkə liderləri arasında görüş zamanı aparılmış müzakirələrdən irəli gələn məsələlər, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Regional məsələlərlə bağlı Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdiricəyinə dair həmfikirlik ifadə olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600