Ceyhun Məmmədov: “Sözdə yox, əməldə ciddi nəticələrimiz var”
“Zaman göstərir ki, xarici çağırışlara baxmayaraq İsraillə münasibətlərimiz uğurlu xarici siyasətimizin nəticəsidir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O, Vaqif Abdullayevin “Dostumuz müttəfiqimiz” kitabının təqdimat mərasimindəki çıxışı zamanı bildirib ki, Azərbaycan-İsrail münasibətləri haqqında çox danışmaq olar:
“Ən önəmli sərbətlərimizdən biri həm də xalqlar arasında mövcud olan mehribanlıqdır. Bu isə hər bir dövlətin bacara biləcəyi məsələ deyil. Məsələn, bir rus, yaxud bir yəhudi Azərbaycanın uğrunda şəhid olursa bu, xalqlarımız arasındakı qardaşlığın bariz nümunəsidir. İndiki dövrdə qarşımızda duran əsas missiya bu dostluğu qorumaq və gələcək nəsillərə ötürməkdir”.
“Zaman göstərir ki, xarici çağırışlara baxmayaraq İsraillə münasibətlərimiz uğurlu xarici siyasətimizin nəticəsidir. Türkiyə-İsrail əlaqələrinin yaxşılaşdırılmasında da biz düzgün addımlar atmışıq. Bu əlaqələri daha da inkişaf etdirməli, xarici təzyiqlərə və çağırışlara baxmayaraq, öz kursumuzu davam etdirməliyik. Ermənistan kimi sözdə yox, əməldə ciddi nəticələrimiz var”, – deyə o söyləyib.
Nəsimi Ələsgərli