Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapıldı

media-hightechnic-468x90

Ceyranbatanda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, 42 yaşlı Elgiz Axundovun meyiti Samur-Abşeron kanalından tapılıb.

İlkin ehtimallara görə, o, kanalda boğularaq ölüb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri qayıtmamışdı. Onun harada olduğu barədə heç bir məlumat yox idi. Ailəsi isə itkin düşdüyü gündən etibarən onun tapılması üçün ictimaiyyətə müraciət etmişdi.

Hazırda hadisənin dəqiq başvermə şəraiti araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600