“Charlie Hebdo” ilə bağlı- Maraqlı faktlar-Fotolar

media-hightechnic-468x90

Dünən 12 əməkdaşının öldürüldüyü “Charlie Hebdo” jurnalı 2006-cı ildən sonra yenidən dünyanın diqqət mərkəzinə çevrilməyi bacardı.

Terror hücumunun hədəfinə çevrilən karikatura jurnalı 1970-ci ildən bəri dərc edilir. Lakin ilk dəfə 2006-cı ildən Məhəmməd peyğəmbərin karikaturasını yayımladıqdan sonra bütün dünyada tanınmışdı. Jurnalın atdığı bu addım o zaman Fransada yaşayanlar da daxil olmaqla, bütün müsəlmanların qəzəbinə səbəb olmuşdu. Qırx beş minlik tirajı olan “Charlie Hebdo”nun sahibi isə verilən reaksiyalara “şok olmaqdan qorxanlar Charlie Hebdonu almasın” cavabını vermişdi.

Görünür yenidən dünya gündəminə çevrilmək istəyən Jurnal 2011-ci ildə də Məhəmməd peyğəmbəri karikatura hədəfinə çevirir. Bundan sonra jurnalın Parisdəki mərkəzinə molotof kokteyli atılır, internet saytına isə hakker hücumu təşkil edilir.

Fransada hər mövzuya tənqidi yanaşması ilə tanınan jurnal yəhudilik və xristianlıqla bağlı da karikaturalara yer verib. Roma papası da daxil olmaqla, dünya liderlərini hədəf alan jurnalın son nömrəsində Fransadakı islamafobiyanın müdafiəçilərindən olan Mişel Houellebeki tənqid edən karikatura dərc edilib.

Jurnal 2012-ci ildə yenidən Məhəmməd peyğəmbər mövzusuna qayıdır. İslam əleyhinə bir filmin bütün dünyada etirazlara səbəb olduğu dönəmdə jurnalın atdığı addım diqqət çəkdi.

Qeyd edək ki, jurnal terror hücumuna məruz qalmadan qısa müddət əvvəl rəsmi Tvitter hesabında İŞİD lideri Əbubəkr əl Bağdadinin karikaturasını paylaşmışdı. Karikatura “hər kəsə can sağlığı ilə dolu il arzu edirəm” başlığı ilə verilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600