!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çimərliklərlə bağlı yeni qaydalar... - Yalnız bu cür getmək olacaq

!Reklam – Yazi

Çimərliklərlə bağlı qaydalar hazırlanır və komissiya yaradılıb.

Yenicag.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bəzi çimərliklərdə sıxlıq müşahidə olunması qaçılmazdır. Buna görə də onlayn qeydiyyat sistemi yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl qeydiyyatdan keçib, yer tutacaq. Bununla bağlı yaxın zamanda qaydalar tətbiq olunacaq”, – E.Əzizov qeyd edib.

O bildirib ki, böyük çimərliklərə nəzarətlə bağlı administrasiya yaradılıb.

NK-nın mətbuat katibi İbrahim Məmmədov isə əlavə edib ki, metodiki göstərişlər hazırlanıb və bu göstərişlər koronavirus.az saytında yerləşdirilib:

“Burada turizm və otelçilik, çimərlikdə davranış qaydaları, hansı standartların tətbiq olunması göstərilib. Həmin müəssisələrdə qaydalara nəzarət edən məsul şəxslər ayrılacaq. Eynilə iaşə obyektlərində masalar arasında azı 2 metr, oturacaqlar arasında azı 1 metr məsafə saxlanılması yazılı şəkildə asılacaq”.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv