Çin orbitə yeni peyk çıxardı

Çin özünün “Yunhai-1 02” adlı yeni nəsil elmi-tədqiqat peykini orbitə çıxarıb.

Yenicag.az xəbər verir ki, peykin buraxılışı sentyabrın 25-də Ciuçüən kosmodromundan baş tutub. Peyki orbitə “Long March-D” raketdaşıyıcısı aparıb. Bu, “Long March” nəslindən olan raketdaşıyıcıların 313-cü buraxılışıdır.

“Yunhai-1” peyki əsasən atmosfer, dəniz və kosmik mühitin araşdırması, təbii fəlakətlərin öyrənilməsi və elmi tədqiqatların aparılması üçün istifadə olunacaq.

Peyki və raketdaşıyıcını Çin Aerokosmik Elm və Texnologiya Korporasiyanın nəzdində fəaliyyət göstərən Şanxay Kosmik Uçuşlar Texnologiyası Akademiyasının mütəxəssisləri hazırlayıb.

COP29