Tədqiqatçılar narahatdırlar: "Starlink" peykləri kosmos müşahidəsini çətinləşdirir

media-hightechnic-468x90

Daha sürətli və geniş internet təmin etmək məqsədilə orbitə minlərlə peyk göndərən “SpaceX”in “Starlink” layihəsi elmə zərbə vurur. 

Yenicag.az xəbər verir ki, yeni elmi araşdırma bu peyklərin radio astronomiya üçün həyati əhəmiyyət daşıyan siqnallara müdaxilə etdiyini üzə çıxarıb.

Avstraliyanın Körtin Universitetinin alimləri dünyanın ən həssas teleskoplarından biri olan “Square Kilometre Array”in tikilməkdə olan versiyası ilə 76 milyon səma görüntüsünü analiz edib.

Araşdırma nəticəsində 1806 “Starlink” peykində 112 mindən çox arzuolunmaz radio siqnalı aşkarlanıb. Bəzi görüntülərin 30%-i bu parazitlərlə örtülüb. Mütəxəssislər bildirirlər ki, bu siqnalların çoxu peyklərin elektronik komponentlərindən təsadüfi şəkildə yayılır və gözlənilməz tezliklərdə olduğu üçün onları filtrdən keçirmək çətindir.

Tədqiqat rəhbəri Dylan Grigg xəbərdarlıq edir: “Təkcə bu 4 aylıq müşahidə dövründə “Starlink” 477 peyk göndərib və bu da radio astronomiya üçün əsas parazit mənbəyinə çevrilib”.

Alimlər bildirirlər ki, bu səviyyədə parazitlik ilk ulduzların yaranmasından tutmuş qaranlıq maddənin təbiətinə qədər bir çox fundamental elmi sualların cavablandırılmasını əngəlləyə bilər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600