!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin ordusu qüvvələrinin bir hissəsini Rusiyaya göndərəcək

!Reklam – Yazi

Çin Xalq Azadlıq Ordusunun əsgərləri Rusiyada keçiriləcək “Vostok-2022” təlimində iştirak edəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

“İki ölkənin silahlı qüvvələri arasında illik əməkdaşlıq planına və tərəflərin razılaşmalarına əsasən, Çin ordusu tezliklə “Vostok-2022″ təlimlərində iştirak etmək üçün qüvvələrin bir hissəsini Rusiyaya ayıracaq və göndərəcək”, – nazirlik bildirib.

Avqustun 30-dan sentyabrın 5-dək Şərq Hərbi Dairəsinin qoşunları “Vostok-2022” strateji komanda-qərargah təlimi keçirəcək. Manevrlər Şərq Hərbi Dairəsinin 13 poliqonunu əhatə edəcək, onlar həmçinin Hava-Desant Qoşunlarının, Uzaqmənzilli və Hərbi Nəqliyyat Aviasiyasının qoşunları, eləcə də xarici hərbçilərin iştirakı ilə keçiriləcək.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv