!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin turistləri Ukraynaya vizasız gələcək – Zelenskidən SƏRƏNCAM

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski Çin vətəndaşları üçün müvəqqəti olaraq vizasız rejimin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.

Sərəncama əsasən, turist məqsədi ilə gələn ÇXR vətəndaşları üçün 2020-ci il 1 avqust – 2021-ci il yanvarın 31-dək Ukraynaya daxil olmaq və Ukrayna ərazisindən tranzit üçün vizasız rejim tətbiq edilir. Çinli turistlər hər altı ayda bir dəfə 30 gün müddətinə vizasız olaraq Ukraynaya girə biləcəklər.

Qeyd edilib ki, sözügedən sənəd Ukrayna və Çin dövlətləri arasında dostluq münasibətlərinin inkişafı və turizm sahəsində ikitərəfli münasibətlərin aktivləşdirilməsi məqsədi daşıyır.

 

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv