Çin və ABŞ Trampın Pekinə səfəri ilə bağlı danışıqlar aparır
Çin və ABŞ Ağ Evin lideri Donald Trampın Çinə səfəri ilə bağlı təmasdadır.
Yenicag.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Tszyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dövlət başçılarının diplomatiyası Çin-ABŞ münasibətlərində əvəzolunmaz strateji istiqamətləndirici rol oynayır.
Daha əvvəl Trampın martın 31-dən aprelin 2-dək Çinə səfər edəcəyi barədə məlumat verilmişdi. Bildirilir ki, sıx qrafik və təhlükəsizlik tədbirləri ilə əlaqədar, o, səfəri zamanı yalnız Pekin şəhərini ziyarət edəcək.













