Cinayəti cəkən telekanalın gizlətdiyi Neftçala həqiqətləri

media-hightechnic-468x90

fgfgfNeftçala rayonunun Aşağı Qaramanlı kəndi sosial problemlər məngənəsində səssizcə boğulur.

Kənddə regionların içməli suya olan tələbatının ödənilməsi üçün ölkə başçısının qərarı ilə su təhcizat qurğuları düzəldi amma istifadəyə heç bir həftə davam gətirməyən su qovşaqları nəzərətsizlikdən və baxımsızlıqdan uçulub dağıldı . Demək ki, əsas məqsəd kənd camaatının içməli suya tələbatı yox,  pul yeyintisi olub.

Son qar yağıntılarından sonra 9 gün işıqsız qalan kəndin yaxın zamanlarda yenə də işıqsız qalacağı işıq dirəklərindən görünür. Kənddə 50-ə yaxın işıq dirəkləri yararsız haldadır. Bir gün qırılıb, insan tələfatına yol açsa, məsuliyyəti kim daşıyacaq?

Əkin sahələri hesabına dolanan kənd sakinləri ərazini suvara bilmirlər. 2 kmlik boru deşilib, köhnə fanton qurğusu da Kürün səviyyəsinin aşağı düşməsinə görə, işləmir.

Qar yağıntıları zamanı həyətlərə qrunt suları yığılıb qalıb. Məsul şəxslər “yola ver” prinsipi ilə bir-iki ailənin həyət yanı sahəsinin suyun çəkməklə gözdən pərdə asdılar, vəssəlam.

Dağıntıların hesabını soruşmaq üçün icra hakimiyyətinə gedənlər oradan polis gücü ilə uzaqlaşdırılır. Məhz icra hakimiyyətində qarşılaşdığı münasibətə görə, orada ürəyi dayanan Qoltuq kənd sakini Yusif kişinin son halını özünü müstəqil sayan telekanalın iki əməkdaşı görsə də, görüntülər deyəsən mərkəzə göndərilmədən İcra Hakimiyyəti bu ayıbı ört-basdır edib. “Döyüş alnınıza yazılıb” deyə sinəsinə döyən telekanal bir əyalət məmurundan qorxursa, onun səmimiyyətinə necə inanaq?

Qaramanlı sakinlərinin əsas narazılıqlarından biri qaz xətlərinin yerin altı ilə aparılmasıdır. Qonşu kəndlərdə xəritə ilə, plan üzrə çəkilən xəttlər Aşağı Qaramanlı kəndində başayaq çəkilməkdədir. Bu əhalinin əsəbini daşıran son damla da ola bilər, bizdən deməsi…

Onu da qeyd edim ki, kənd sakinləri ciddi şəkildə işsizlikdən əziyyət çəkir. Amma kəndin resursları vasitəsilə  sakinləri işlə təmin etmək olar. Yetər ki kəndə canı yanan olsun.

 

Saday Fərəcov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600