Çində güclü tornado: 6 nəfər öldü

media-hightechnic-468x90

Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində tornado nəticəsində 6 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.

Yenicag.az xəbər verir ki, tornado bu gün yerli vaxtla saat 17:15 (Bakı vaxtı ilə 13:15) radələrində Kayyuan qəzasında başlayıb. Küləyin sürəti saniyədə 23 metrə çatıb. Təxminən 15 dəqiqə sonra külək zəifləyib və şəhərin hakimiyyət orqanları yubanmadan fövqəladə hallara təcili reaksiya planını işə salıb.

Təbii fəlakət nəticəsində çoxsaylı binalar və elektrik şəbəkəsi zədələnib, 210 nəfər dağıntılar altında qalıb. Hazırda altı nəfərin öldüyü, 120-dən çox insanın zərər çəkdiyi təsdiqlənib./AZƏRTAC/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa