Reklam: High Technic
hightechnic

Çingiz Aytmatova heykəl qoyuldu - FOTOLAR

Azərbaycanlı rəssam və heykəltaraş Sinan Eynullayev İstanbulda Çingiz Aytmatovun heykəlini ucaldıb.

Yenicag.az xəbər verir ki, dünyaşöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirəsi İstanbulda əbədiləşdirilibş İstanbulun Maltəpə bölgəsində qoyulan Aytmatovun heykəlini Azərbaycanlı sənətkar Sinan Eynullayev hazırlayıb. Çingiz Aytmatov parkında qoyulan heykəlin açılış tədbirinə İstanbul Böyük şəhər bələdiyyəsinin keçmiş sədri Bədrəddin Dalan, Çingiz Aytmatovun oğlu, Qırğızistanın sabiq xarici işlər naziri Əsgərbək Aytmatov, Maltəpənin bələdiyyə sədri Ali Kılıç və başqaları qatılıb. Tədbirdə çıxış edənlər sənətə və sənətkara verilən dəyərin əhəmiyyətindən bəhs edib və bu dəyərin cəmiyyətdə mədəniyyətin səviyyəsini yüksəltdiyini bildiriblər. Maltəpə bələdiyyə sədri Ali Kılıç bölgədə mədəni fəaliyyətlərin davam edəcəyini söyləyib və türkdilli ölkələr arasında mədəni əlaqələrin gücləndirilməsinə diqqət çəkin. Həykəltaraş Sinan Eynullayev isə öz növbəsində verdikləri dəstəyə görə Bədrəddin Dalana və Ali Kılıça minnətdarlığını bildirib.

Qeyd edək ki, 1956-cı il Bakıda doğulan Sinan Eynullayev dünyaşöhrətli rəssam Mikail Abdullayevin tələbəsi olub. 1992-ci ildən etibarən fəaliyyətini Türkiyədə davam etdirən Eynullayev bir neçə şəxsi sərgi açıb, həmçinin, əl işləri bir sıra qrup sərgilərində nümayiş olunub. Daha əvvəl İstanbul, Ankara, İzmir, Çanaqqala, Konya, Samsun və başqa şəhərlərdə heykəllər ucaldan 61 yaşlı sənətkar Çingiz Aytmatovun 2008-ci ildə çapdan çıxan 8 cildliyinin illustrasiyalarını da çəkib.

www.yenicag.az

667