ABŞ-nin televiziya şirkəti CNN yüzlərlə əməkdaşnını işdən çıxarmağı planlaşdırır.
Yenicag.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Onların məlumatına görə, işdən çıxarmalar CNN-in tanınmış aparıcılarına təsir etməyəcək.
Məlumata görə, “Warner Bros. Discovery”yə məxsus olan CNN xərcləri azaltmaq məqsədilə bəzi proqramların istehsalını Vaşinqton və Nyu-Yorkdan Atlantaya köçürməyi planlaşdırır.
CNN-in hazırda təxminən 3,5 min əməkdaşı var.
Daha əvvəl yanvarda CNN-in baş direktoru Mark Tompson işçilərə bildirmişdi ki, təşkilat ana şirkətdən rəqəmsal biznesin inkişafı üçün 70 milyon ABŞ dollarından çox əlavə investisiya alıb. Bu vəsaitin bir hissəsi rəhbərliyin fikrincə ən perspektivli sahələrdə, o cümlədən məlumatların təhlili və yeni məhsulların hazırlanması sahəsində işçi sayının artırılmasına yönəldiləcək.
www.yenicag.az