Çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı

media-hightechnic-468x90

İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Şirinov Fuad Həmid oğluna məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.

Yenicag.az xəbər verir ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.

Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa