Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

COVID-19-un ağır formasının yeni SƏBƏBİ

Ağır koronaviruslu xəstələrdə infeksiyanı daha da ağırlaşdıran genlər var.

Yenicag.az xəbər verir ki, bu barədə Edinburq Universitetinin alimlərinin məqaləsi “Nature” jurnalında dərc olunub.

Böyük Britaniyanın 200-dən çox reanimasiya şöbəsində 2 200 COVID-19 xəstəsini müayinə etdikdən sonra alimlər OAS1, OAS2, OAS3, eyni zamanda TYK2, DPP9 və IFNAR2-nin genlərinin eyni modifikasiyalarını tapıblar.

Bildirilir ki, beş gendə baş verən dəyişikliklər COVID-19-un ağır gedişatının inkişafı ilə əlaqəli olub. Bu, immunitetin formalaşmasına və sətəlcəmin inkişafına səbəb ola bilər.

Edinburq Krallığı Xəstəxanasının məsləhətçisi, professor Kennet Beyli bildirib ki, növbəti klinik sınaqlar üçün düzgün müdaxiləni seçsək, görərik ki, o daha tez təsir göstərər və on minlərlə insanın həyatını xilas edə bilər.

www.yenicag.az

447