!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çingiz Hüseynov sovet dövründə yetişən 3-4 gerçək yazıçıdan biri idi” – Əlisa Nicat

!Reklam – Yazi

“Hələ ilk povestini oxuyanda, artıq məndə onun haqqında bir yazıçı olaraq çox müsbət fikir yaranmışdı”.

Bu fikirləri yanvarın 9-da 94 yaşında dünyasını dəyişən görkəmli yazıçı Çingiz Hüseynov haqqında danışan yazıçı-filosof Əlisa Nicat Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Çingiz Hüseynov Azərbaycanda sovet dövründə yetişən və gerçək yazıçı adlandırıla biləcək 3-4 nəfərdən biri idi:

“Uzun ömür sürsə də, çox təəssüf ki, Çingiz Hüseynov kimi böyük yazıçını itirdik. O həqiqətən də, Azərbaycan ədəbiyyatında dərin iz qoyan bir insandır. Öz dəst-xətti, yaradıcılıq üslubu, mövzu seçimi və yanaşması vardı.

Açıq deyim ki, o, Azərbaycanda sovet dövründə formalaşan və gerçək yazıçı adlandırıla biləcək 3-4 nəfərdən biri idi. Qalanları isə sadəcə, ideoloji konyukturaya xidmət edirdilər. Ümumiyyətlə, ötən əsrin 60-70-ci illərində Çingiz Hüseynov, İsa Hüseynov, Anar, Əkrəm Əylisli kimi yazıçılar öz əsərləri ilə ədəbiyyatın simasını nisbətən qoruya bildilər.

Çingiz Hüseynov Moskvada, daha sonra İsraildə yaşasa da, öz mövqeyi olan yazıçı idi. Əsərlərində şəxsiyyət məsələsi həmişə qabarıq qoyulurdu. Hələ ilk povestini oxuyanda, artıq məndə onun haqqında bir yazıçı olaraq çox müsbət fikir yaranmışdı. Amma onu da deyim ki, “Fətəli fəthi” romanını Çingiz Hüseynovun bəlkə də ən zəif əsəri saymaq olar. Çünki orada Mirzə Fətəli obrazı gözlənilən qədər “canlı” deyil, tam açılmır. Nə bilim, bəlkə də rəhmətlik özü belə istəyib. Doğrudan, böyük yazıçı idi, Allah rəhmət eləsin”.

N.Ələsgərli

COP29

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv