!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağıstanda saxlanılan azərbaycanlıların hamısı sərbəst buraxılıb

!Reklam – Yazi

Bəzi Azərbaycan KİV-də yayılmış məlumata əsasən, güya Dağıstan Respublikasının Federal Miqrasiya xidməti idarəsi tərəfindən 300-dən artıq azərbaycanlı saxlanılıb.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata gorə, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Rusiya Federasiyasının aidiyyatı qurumlarına müraciət edib.

Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, həqiqətən də cari ilin 9 fevral tarixində Dağıstan Respublikasının Federal Miqrasiya Xidməti Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar.

Bu gün saat 16:00-da “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq edib. Həmçinin, o vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan Respublikasının vətəndaşı belə yoxdur.

Yeniçağ.Az

COP29

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv