Dağlıq Qarabağ münaqişəsinin həlli gələn il mümkündür?

media-hightechnic-468x90
elmannesirov_420x250Elman Nəsirov: “2015-ci ildə münaqişənin həllinin reallaşması ehtimalı çox aşağı səviyyədədir”

“Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı 2016-cı ildə daha münbit şərait yarana bilər”.
Bu sözləri Yenicag.az saytına açıqlamasında politoloq Elman Nəsirov dedi: “2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi yaxınlaşdığından hesab edirəm ki, gələn il münaqişənin həllilə bağlı Ermənistan tərəfindən hər hansı pozitiv bir mövqe gözləmək daha da çətindir. Ümumiyyətlə Ermənistanda belə bir mövqe yoxdur. Amma 2015-ci ildə dediyim səbəblərlə bağlı olaraq ondan belə bir mövqeni ümumiyyətlə gözləmək olmaz, demək olar ki, sıfıra bərabərdir. Azərbaycan dövləti isə özünün güclənmək taktikasını davam etdirir. Prezident İlham Əliyev çıxışların birində qeyd etmişdi ki, Azərbaycanın münaqişənin həllilə bağlı yeganə yolu güclənməyimizdən keçir. 2014-cü ildə də bu siytasət davam etdirilib, bundan sonra da davam etdiriləcək. Ən başlıcası ölkədə siyasi sabitliyi qoruyub saxlamaq lazımdır. Bunun üçün bir olmalıyıq. Münaqişənin həlli üçün münbit şəraitin təmin edilməsi istiqamətində məqsədlərimiz daha da dərinləşəcək və genişlənəcək. Sözdə status-kvonun dəyişdirilməsilə bağlı məsələ gündəmdədir. Amma 2015-ci ildə onun reallaşması ehtimalı çox aşağı olacaq. Həmsədrlərin 2015-ci ildə qondarma erməni soyqırımı məsələsi fonunda Ermənistanın nazı ilə oynayacağı ehtimalı daha böyükdür. Fikrimcə münaqişənin həllilə bağlı 2016-cı ildə daha münbit şərait yarana bilər”.
Rüfət
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600