Daha 175 azərbaycanlı Gürcüstandan təxliyə olundu

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsi başa çatdırılıb.

Yenicag.az xəbər verir ki, 175 vətəndaşın olduğu avtobuslar “Qırmızı körpü” sərhəd məntəqəsinə çatıb.

Azərbaycan səfirliyinin məsul əməkdaşları vətəndaşların növbəli şəkildə sərhədi keçmələrini təmin edib.

Vətəndaşların bəziləri şəxsi avtomobillərində Azərbaycan ərazisinə daxil olub./Report/