Daha 27 ailə Xocalıya qayıtdı - FOTOLAR/YENİLƏNDİ

media-hightechnic-468x90

Noyabrın 25-də doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun  Xanyurdu kəndinə çatıb.

Yenicag.az xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə köçürülən 38 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

Noyabrın 25-də doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun  Təzəbinə kəndinə çatıb.

Yenicag.az xəbər verir ki, bu mərhələdə Təzəbinə kəndinə köçürülən 66 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.

Yenicag.az xəbər verir ki, bu mərhələdə Təzəbinəyə 16 ailə (66 nəfər), Xanyurduna isə 11 ailə (38 nəfər) köçürülür.

Bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Təzəbinə kəndinə köçürülən ailələrin sayı 126-ya (567 nəfər), Xanyurduda məskunlaşan ailələrin sayı isə 110-a (378 nəfər) çatacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa