!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 4 nəfərin namizədliyi təsdiq edildi

!Reklam – Yazi

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin təsdiq edilməsi məsələsinə baxılıb və təsdiq edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri kimi təsdiq olunub.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

www.yenicag.az

1580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv