Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha 635 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 635 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 66 046 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 49 411 nəfər müalicə olunaraq sağalıb, 852 nəfər vəfat edib, aktiv xəstə sayı 15 783 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 355 , ötən müddət ərzində isə ümumilikdə 1 447 585 test aparılıb.

www.yenicag.az

188