Daha bir “ASAN Xidmət” mərkəzi açılır

media-hightechnic-468x90

1360775896_asanHazırda altı “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü Bakıda, 2-si Sumqayıt və Gəncə şəhərlərindədir. Bu ilin sonunadək Sabirabadda regional mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Bu mərkəz Sabirabad rayonu ilə yanaşı, ətraf rayonların sakinlərinə də xidmət göstərəcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov  müsahibəsində məlumat verib.

O, bildirib ki, bundan əlavə, gələn il Bərdə, Masallı və Qəbələ rayonlarında “ASAN xidmət” mərkəzlərinin təsis edilməsi planlaşdırılır. “ASAN xidmət” mərkəzlərinin təsis etdirilməyi regionlarda isə səyyar formada xidmətlər göstərilir. Yaxın günlərdə, həmçinin bizim yeni səyyar avtobuslarımız istismara buraxılacaq. Onlar da ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlara səfər edərək yerlərdə vətəndaşlara səyyar formada xidmət göstərəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600