Daha bir bank müflis elan olundu

media-hightechnic-468x90

412359_473294Rəsmən daha bir bank – “United Credit Bank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub. Ləğvedici 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə təyin edilib və dərhal icraya yönəldilib. Bankın kreditorları 2 ay ərzində tələblərini yazılı şəkildə verə bilər.

“United Credit Bank”ın lisenziyası AMB tərəfindən yanvarın 25-də bankın məcmu kapitalın minimum məbləği tələbinə (50 mln manat) əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi ilə bağlı ləğv edilib.

«United Credit Bank» ASC (nizamnamə kapitalı 22,11 mln manat) 1996-cı ildə yaradılıb (keçmiş «Rossiyskiy kredit». Bir neçə dəfə emissiya prospekti yerləşdirsə də, uğursuz olub.

Səhmdarları United Business Company (88,79%), Əli Mİrzəyev 8,24% və Ruslanbek Məhəmmədovdur – 2,97%. (“Turan”)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600