Daha bir məşhur futbolçunun evi qarət olundu – FOTOLAR

Rusiyanın Krasnador şəhərində oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, “Krasnador” klubunda çıxış edən Rusiya vətəndaşlığını qəbul etmiş Braziliya əsilli fufbolçu Arinin evi qarət olunub.

Evə pəncərədən girən oğru 23 milyon rubl dəyərində olan 12 ədəd saat oğurlayıb. Məlumata görə, oğru ələ keçirdiyi saatlardan bir neçəsini sata bilsə də, sonda həbs olunub.

Xatırladaq ki, dünən “Qarabağ” futbol klubunun hücumçusu Mahir Emrelinin də evi qarət olunub.

Natavan

COP29