Daha bir tanınmış “qanuni oğru” tutuldu

media-hightechnic-468x90

JHHGHGYRusiya hüquq-mühafizə orqanları daha bir tanınmış “qanuni oğru”nu həbs edib.

Moskva yaxınlığında, Domadedovo rayonu ərazisində keçirilən əməliyyat zamanı kriminal aləmdə “Artem Saratovski” ləqəbli Artem Sarkisyan saxlanılıb.

Saxlanılan zaman onun üstündən narkotik vasitə də tapılıb. Kriminal aləmdə “qarışıqlıq davam edir”, – deyə bildirilib. 36 yaşlı Artem Sarkisyan bir neçə cinayətdə günahlandırılıb.

Qeyd edək ki, bu il ərzində kriminal aləmə qarşı təzyiq çoxalıb. Keçirilən əməliyyat zamanı “qanuni oğru”ların yığışdığı 3 “sıxotka” dağıdılıb. Əməliyyat zamanı 20 “qanuni oğru” saxlanılıb. Onlardan 8-i artıq cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyədə keçirilən “sxotka” zamanı “Artem Saratovski”yə “tac qoyma” mərasimi keçirilib. Mərasimdə onunla birlikdə Dato Janqidze, Bondo Sturua və digər avtoritetlərə “tac” qoyulub(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600