!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir yüksək vəzifəli məmur vəzifəsindən azad edildi

!Reklam – Yazi

31377Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir məmur işdən azad edilib. Bu dəfə Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib. Trend-in məlumatına görə, bu gün İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb.

İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov MTN işi ilə bağlı həbs üedsilmişdi. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir. Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.

Oktyabrın 17-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv