“Daha üç nazirlik birləşdirilməlidir!”

media-hightechnic-468x90

vah_id_ah_edovIMG_0282“Dövlət strukturlarının təkmilləşdirilməsinə ehtiyac var. Prezidentin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməsi çox müsbət addımdır. Çünki hazırda özəlləşdirilməyən torpaqlar qalmayıb. Torpağın üzərindəki müəyyən problemlə Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məşğul olur. Belə addımları davam etdirmək lazımdır”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmıədov bildirib.

O qeyd edib ki, hazırda bəzi digər dövlət qurumlar da var ki, onların da ləğvinə və birləşdirilməsinə ciddi ehtiyac var:

“Məsələn, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi demək olar eyni funksiyaları yerinə yetirir. Bu, təbii ki, dövlət başçısının səlahiyyətində olan məsələdir. Vergilər Nazirliyi faktiki olaraq vergiyə cavabdeh olan bir təşkilatdır. O cümlədən dövlət büdcəsinə nəzarət mexanizmini həyata keçirən qurum Maliyyə Nazirliyidir. Eyni zamanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi. Düşünürəm ki, bu sistemə də baxmaq olar. Ümumiyyətlə, struktur dəyişikliyinə ehtiyacı olan qurumlar kifayət qədərdir. Bu məsələlərin həyata keçirilməsi isə ölkənin iqtisadi vəziyyətindən asılıdır”.

Azərbaycan prezidenti İlham Əliyev dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə qərara alıb ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin. Komitənin funksiyaları Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600