Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DANiB sağlam həyat tərzinin təbliğini davam etdirir

11995429_10153318371958645_1251276997_n“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ”Sosial şəbəkə imkanlarından istifadə etməklə sağlam həyat tərzinin təbliği” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində artıq iki aydır ki, facebook və instaqramda ”Sağlam Ömür” adlı səhifə və qrup yaradılmış, logo və brendbook hazırlanmışdır. Həmçinin saglamömür.az saytı yaradılmışdır. Layihənin sosial şəbəkələrdəki səhifələri aktiv olaraq işləyir və işçi qrupu tərəfindən gün ərzində sağlam həyat tərzi ilə bağlı müxtəlif məlumatlar oxuculara təqdim olunur. Eyni zamanda layihə çərçivəsində sağlam həyat tərzinin təbliğinə həsr olunan video roliklərin hazırlanması da başa çatmaq üzrədir, onlarda bu günlərdə izləyicilərin ixtiyarına veriləcək.

www.yenicag.az

517