Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu “İRƏLİ” İctimai Birliyi ilə birgə gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Aynur Novruzovanın rəhbərliyi ilə “Danışan Kitab” layihəsinin təqdimatı keçirib.
Layihə görmə qüsurlu insanlara, həmçinin kitab oxumağa vaxtı, fürsəti olmayan şəxslərə daha əlverişli imkan yaradacaq.
“Danışan Kitab” yerli və xarici, klassik, müasir və müxtəlif janrlarda ədəbiyyatları özündə birləşdirən audio kitabxana layihəsidir. Bu layihə görmə qüsurlu insanlara, həmçinin kitab oxumağa vaxtı, fürsəti olmayan şəxlərə daha əlverişli imkan yaradıb.
Təqdimat zamanı layihə rəhbəri Aynur Novruzova “Danışan Kitabı” ideasinin yarandığı gündən bugünə qədər keçdiyi yoldan, layihənin məqsədindən danışıb. Daha sonra İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin bu dövr üçün vacib rol oynadığını, layihənin davamlı olacağını qeyd edib. Həmçinin layihə çərçivəsində kitab səsləndirən qiraətçi Səbinə Rəcəbova da layihəyə qoşulması haqqında və layihə haqqında öz təəssüratlarını bölüşüb. Təqdimatda Gözdən Əlillər Cəmiyyətinin nümayəndələri də iştirak etmişdir.
Qeyd edək ki, ilkin mərhələdə bir neçə janrdan ibarət, keçirilmiş sorğu nəticəsində müəyyənləşmiş kitablar könüllü şəxlər tərəfindən studioda səsləndirilib. Audio formatında olan kitablar həm yaradılacaq vahid elektron audio kitabxana olan www.danishankitab.az saytında yerləşdirilib ki, burada həmin audio kitabları onlayn şəkildə dinləyə və ya yükələyə bilərlər, həm də disklər şəklində tərəfdaş olacaq kitab mağazasına veriləcək. Saytda yerləşdirilən audio kitablarla yanaşı, həmin kitablar haqqında tənqidçilərin, məşhur bloggerlərin fikirləri, kitabların satış rəqəmləri, sayt üzrə reytinq cədvəli, yazıçı haqqında məlumatlar və s. bölmələr yerləşdirilib. Sayta girmiş hər bir istifadəçi kitab və sayt barədə şərh yaza, təklif və iradlarını bildirmə imkanını əldə edəcək.
www.yenicag.az