Davudoğlu erməni müşaviri vəzifəsindən azad edib

media-hightechnic-468x90

etyen mahchupyan esasTürkiyənin Baş naziri Əhməd Davudoğlu erməni müşaviri işdən çıxarıb.

1915-ci il hadisələrinə “soyqırımı” deyən müşavir Etyen Mahçupyanın vəzifədən çıxarıldığı xəbəri yayılıb. Onun məhz bu ifadəni işlətdiyi üçün işdən çıxarıldığı deyilir.

“Hürriyyet” saytına danışan Mahçupyan isə işdən qovulması ilə bağlı fikirləri təkzib edib. O, işdən çıxarılmadığını, yaş həddini keçdiyi üçün avtomatik olaraq sistemdən kənarda qaldığını deyib.

Qeyd edək ki, Əhməd Davudoğlunun baş müşaviri olan Etyen Mahçupyan “Bosniya və Afrikada yaşananların soyqırımı olduğunu qəbul etdiyimiz halda, 1915-ci ildə ermənilərə edilənlərin də “soyqırımı” adlandırılmaması haqsızlıqdır” kimi fikirlər səsləndirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa